"İpək Yolu Sığorta" Açıq Səmdar Cəmiyyətinin
KEYFİYYƏT SİYASƏTİ
"İpək Yolu Sığorta" ASC-yə 11 fevral 2011-ci il tarixində Bureau Veritas şirkəti tərəfindən AZ0526 saylı İSO 9001:2008 keyfiyyət standartı sertifikatı verilmişdir. Müvafiq sertifikat 2014-cü ildə yenilənmiş və 20 may 2019-cu il tarixində Bureau Veritas şirkəti tərəfindən AZ1250 saylı İSO 9001:2015 yeni keyfiyyət standartı sertifikatı verilmişdir.
«İpək Yolu Sığorta» ASC yerli qanunvericiliyə uyğun olaraq sığorta xidmətləri göstərir.
Aviasiya sığortası üzrə ixtisaslaşmış şirkətdə digər sığorta növləri mütəmadi olaraq inkişaf etdirilir və tətbiq olunur.
«İpək Yolu Sığorta» ASC-nin fəaliyyəti daimi lider olmağa, şirkətin nüfüzunu qoruyub saxlamağa, müştərilərin məmnunluğunu təmin etməyə və peşəkar işçi qüvvəsi ilə keyfiyyətli xidmətlər göstərməyə yönəlmişdir.
İcbari və könüllü sığorta növləri üzrə sığorta bazarında baş verən trendləri nəzərə almaqla mütəmadi biznes həllər hazırlanır və yerinə yetirilir.
Yeni xidmətlərin tətbiqi və şirkətin daimi inkişafı üçün «İpək Yolu Sığorta» ASC beynəlxalq konfranslarda, seminarlarda və təlimlərdə mütəmadi olaraq iştirak edir.